“ASAN xidmət”in fəaliyyəti Qazaxıstan televiziyasında - VİDEO

  “ASAN xidmət”in fəaliyyəti Qazaxıstan televiziyasında -    VİDEO
  27 Fevral 2019    Oxunub:3324
Qazaxıstan televiziyasının "VISA FREE" proqramının növbəti buraxılışları Azərbaycana həsr olunub.
Azvision.az xəbər verir ki, ölkəmizdə 30 gündən artıq qalmaq istəyən Qazaxıstan vətəndaşlarının sənədləşmə işlərinin “ASAN xidmət” vasitəsilə həyata keçirildiyi, Azərbaycana gəlmək istəyən əcnəbilərə “ASAN Viza” sistemi vasitəsi ilə vizaların verilməsinin təmin olunduğu diqqətə çatdırılıb.

Həmçinin vurğulanıb ki, “ASAN xidmət” mərkəzlərində operativ və şəffaflıq prinsipləri əsasında 300-dən çox xidmət göstərilir. Korrupsiya ilə mübarizə məqsədi ilə yaradılmış mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 98-100 % arasında dəyişir. Bildirilib ki, nəğd ödənişlər vətəndaşlarla dövlət orqanlarının nümayəndələri arasında deyil, yalnız mərkəzlərdə olan bank xidmətləri vasitəsi ilə həyata keçirilir. Burada heç bir korrupsiyadan söz gedə bilməz.

O da bildirilib ki, kiçik və orta ailə təsərrüfatlarına dəstək göstərməklə Azərbaycanın sosial biznes modeli olan “ABAD” ailə biznesinin inkişafına böyük töhfələr verir.



Azvision.az



Teqlər: ASAN-Xidmət   TV   Qazaxıstan  





Xəbər lenti