Bahar Muradova prezidentdən KÖMƏK istədi

Bahar Muradova prezidentdən KÖMƏK istədi
  14 Noyabr 2013    Oxunub:1041
Milli Məclisin vitse-spikeri Bahar Muradova deputatlara əlavə imtiyazların verilməsi barədə çıxış edib. Vitse-spiker qeyd edib ki, Milli Məclisin balansında ofislər olmalıdır.

“İcra orqanlarının deputatları xidməti telefonla təmin etməsi lazımdır. Bəziləri deyə bilər ki, millət vəkilləri tutduğu vəzifəyə görə imkanları var. Onlar özləri bunu həll edə bilərlər. Təklif edirəm ki, icra hakimiyyəti orqanları vasitəsi ilə razılaşdırılmış mülkiyyəti olmalıdır. Deputatın yerlərdə ofisi olmalıdır. Bu gün rayonlarda inkişaf var. Bunu həyata keçirmək olar”.

B.Muradova ölkə prezidentinə müraciət edərək onlara dəstək vermələrini xahiş edib:

“Biz millət vəkillərini işləmək üçün müvafiq qərargahların olmasını təmin etməliyik. Millət vəkilinin nəqliyyat vasitəsi yoxdur. Onun sürücüsü var. Amma sürücünün əmək hüquqları pozulur. Sürücülərin sosial təqaüd məsələləri həll olunmur. Onların qəza keçirdiyi təqdirdə sigortası yoxdur. Bu təkliflər mənim öz təşəbbüsümdür”.

Bahar Muradovanın təkliflələri həmkarları tərəfindən alqışla qarşılanıb.

“Deputat otağında telefon ödəmələrinin pulu ödənilmir. Bu bizi pis vəziyyətdə qoyur. Deputatın köməkçisi qovluqla küçədə gözləməli olur. Bu qədər inkişaf varsa özümüzün cüzi problemini həll edə bilmirikmi? Mən bunun müsbət və mənfi cəhətlərini öz üzərimə götürərək məsələni qaldırdım. Bizim sürücülərimiz təkcə maaş alır. Ezamiyyə xərcləri də var. Azərbaycan hökuməti, Maliyyə Nazirliyi qarşıdakı illərdə bu problemləri həll etməkdə kömık etməyə çağırıram“-deyə vitse-spiker çıxışında qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti