General Qriqoryanın oğlunun evi qarət olunub

 General Qriqoryanın oğlunun evi qarət olunub
  26 Fevral 2019    Oxunub:1780
Ermənistanın sabiq müdafiə nazirinin müavini, “Yerkrapah” (Yurdun keşikçiləri) könüllü döyüşçülər birliyinin sədri, külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında, həmçinin, 1 milyard dramdan çox dövlət vəsaitini qanunsuz şəkildə mənimsəməkdə ittiham olunaraq barəsində cinayət işi açılan general Manvel Qriqoryanın oğlu Karenin evi qarət olunub.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, oğrular Karen Qriqoryanın Arşaluys kəndindəki evinin pəncərələrinin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar. Onlar evdəki qiymətli əşyaları, rəsm əsərlərini, Karenə məxsus geyimləri, eləcə də “Vinçester” tapançasını və sənədləri oğurlayıblar.

Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Armavir əyalət idarəsində cinayət işi açılıb, oğruların kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, Karen Qriqoryan həm də Eçmiədzinin sabiq meridir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti