Növbəti Aİ-Azərbaycan görüşünün vaxtı açıqlandı

  25 Fevral 2019    Oxunub : 933
Növbəti Aİ-Azərbaycan görüşünün vaxtı açıqlandı
16-cı Avropa İttifaqı-Azərbaycan görüşü fevralın sonunda keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, görüş zamanı tərəfdaşlıq haqqında saziş, həmçinin nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

XİN rəsmisi qeyd edib ki, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Azvision.az

Teqlər: XİN   Azərbaycan