“Sumqayıtda qocalar evi tikilməlidir”- Deputatdan TƏKLİF

“Sumqayıtda qocalar evi tikilməlidir”- Deputatdan TƏKLİF
  14 Noyabr 2013    Oxunub:3307
Parlamentin bugünkü iclasında çıxış edən deputat Muxtar Babayev Sumqayıtın sosial infrastrukturundan söz açıb.
AzVision.az-ın məlumatına görə, millət vəkili bildirib ki, Sumqayıtın sosial infrastukturu çox zəifdir, sovet vaxtı tikilib və bu günün təlabatına cavab vermir.

“Sosial infrastruktur mütləq dövlət proqramlarında əks olunmalıdır. Sumqayıtın yataqxana problemi var. Keçmiş Sovet ittifaqı vaxtında müvəqqəti yaşamış üçün tikilmiş yataqxanalarda indi 25-30 min nəfər yaşayır.Bu Sumqayıtın ümumi əhalisinin 8-10 faizidir. Yataqxanalarda əsaslı təmir işləri aparmalıdır. Sumqayıt şəhəri özünü dolandırmaq sxemləri ilə bu yataqxanaların təmirini öz üzərinə götürə bilməyəcəyik. Nə özəl biznes və sumqayıtın özünün bura maliyyə ayırması mümkündür”.

Deputatın sözlərinə görə, Sumqayıtda qocalar evi tikilməlidir.
“Şəhərə miqrasiya artır. Qeyri-rəsmi məlumata görə, bu gün Sumqayıtda 4 yüz mindən artıq insan yaşayır. Burada qocalar evinin tikilməsi və istismara verilməsi vacibdir. Bu uzun müddət gündəmdir”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti