“İşğal edilmiş ərazilərimiz barbarcasına dağıdılıb” - Hesabat (FOTOLAR)

   “İşğal edilmiş ərazilərimiz barbarcasına dağıdılıb” -    Hesabat (FOTOLAR)
  25 Fevral 2019    Oxunub:2955
"Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlər sübutlar" adlı hesabatın təqdimatı olub.
Azvision.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, "AzərKosmos" ASC-nin sədri Rəşad Nəbiyev, Azərbaycan xarici işlər nazirinin müavini, ADA universitetinin rektoru Hafiz Paşayev, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.



Tədbiri giriş sözü ilə Azərbaycan xarici işlər nazirinin müavini, ADA universitetinin rektoru Hafiz Paşayev açıb.

Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hesabatın təqdimatı zamanı deyib ki, Azərbaycan öz peyki vasitəsilə təqdim edilən bu faktları toplayıb və yayıb: "Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyəti bu gün də davam edir. Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətini daha da genişləndirib, Azərbaycanın təbii və mineral sərvətlərini istismar edərək, dünya bazarında satışa çıxarır".



H.Hacıyev vurğulayıb ki, beynəlxalq qanunvericiliyə əsasən, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağan olunur: "Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara əməl etmir. Azərbaycan tərəfinin müraciəti əsasında ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirib və Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub. Ermənistan tərəfinin qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə maneə törədir".



"AzərKosmos" ASC-nin sədri Rəşad Nəbiyev isə çıxışında deyib ki, Azərbaycanın işğal edilmiş əraziləri barbarcasına dağıldılıb: "Son bir neçə ildə Dağlıq Qarabağda məhv edimiş meşələr Azərbaycanın ümumu olaraq meşələrinin beş faizini təşkil edir. Laçında yeni qəsəbə qurulub. Şuşada üç məscid dağıdılıb. Qanunsuz kənd təsərrüfatı fəaliyyətləri aparılır".









Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: ADA   PA   Hikmət-Hacıyev  





Xəbər lenti