DMX İsmayıllıda səyyar xidmət təşkil edib

DMX İsmayıllıda səyyar xidmət təşkil edib
  23 Fevral 2019    Oxunub:1462
Dövlət Miqrasiya Xidməti (DMX) Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan İsmayıllı rayonunun Qoşakənd və İvanovka kəndlərində sağlamlıq imkanı məhdud şəxslərin yaşadıqları ünvanlarda səyyar xidmət həyata keçirib.
DMX-dən Azvision.az -a verilən məlumata görə, səyyar xidmət zamanı bir nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, bir nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı müraciətinin cavabı verilib.

Həmçinin bir nəfərə müvəqqəti yaşama icazəsi, üç nəfərə isə ölkədə daimi yaşamaq icazəsi almaq məqsədilə tələb olunan sənəd siyahıları izah olunmaqla təqdim edilib.

Azvision.az



Teqlər: DMX  





Xəbər lenti