DMX Göyçayda maarifləndirmə tədbiri keçirib

DMX Göyçayda maarifləndirmə tədbiri keçirib
  23 Fevral 2019    Oxunub:1377
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Göyçay rayonunda maarifləndirilmə tədbiri keçirilib.
DMX-dən Azvision.az -a verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının inzibati binasında təşkil edilən tədbirdə rayonun aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, tibb və təhsil işçilərinin, ictimai təşkilatların, sahibkarların, mədəniyyət və turizm şöbəsinin nümayəndələri, otellərin, istirahət mərkəzlərinin təmsilçiləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Tədbirdə Ağsu regional miqrasiya idarəsinin məsul vəzifəli şəxsləri tərəfindən miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə bağlı məlumatlar verilib, mobil tətbiq - “MİGAZ”ın funksiyaları, istifadə qaydaları əyani göstərilməklə geniş izah olunub, həmçinin DMX tərəfindən göstərilən elektron xidmətlər “Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsi qaydaları” video slayd vasitəsilə nümayiş etdirilib. Sonra DMX tərəfindən hazırlanmış məlumatlandırma vərəqləri tədbir iştirakçılarına təqdim edilib və onları maraqlandıran suallar cavablandırılıb.

Sonda 15 nəfərə səyyar xidmət göstərilib. Onlardan 3 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi, 8 nəfərə ölkədə müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı sənədlərin siyahısı, həmçinin 1 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və 3 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı qərar təqdim olunub.

Azvision.az


Teqlər: DMX  





Xəbər lenti