35 minə yaxın şəxs yanğın təhlükəsizliyi barədə maarifləndirilib

  22 Fevral 2019    Oxunub : 754
35 minə yaxın şəxs yanğın təhlükəsizliyi barədə maarifləndirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən 2019-cu il fevralın 1-dən keçirilən “Yanğın təhlükəsizliyi ayı”nın 20 günü ərzində ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyəti tərəfindən 600 təbliğat xarakterli tədbir keçirilib.
FHN-dən Azvision.az -a verilən məlumata görə, bu müddətdə 34 min 872 nəfər yanğın təhlükəsizliyi sahəsində maarifləndirilib, 62 ünvanda yolun hərəkət hissəsinin bağlanmasına səbəb olan maneələr demontaj edilib, 80 ünvanda yanğına qarşı su təchizatı qurğusunun nasaz olması aşkarlanıb.

Yaşayış kompleksləri yerləşən 52 müxtəlif ünvanda “şərti yanğın” həyəcan siqnalı verilərək əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikaları cəlb olunub, mövcud əməliyyat şəraiti qiymətləndirilib.

Aşkarlanmış yanğına qarşı çatışmazlıqların qısa zaman kəsiyində aradan qaldırılması məqsədilə müvafiq icra strukturlarına məktublar ünvanlanıb.

Bu istiqamətdəki tədbirlər davam etdirilir.

Azvision.az

Teqlər: FHN   Yanğın