Meşələrdə meyvə bağları salınır

  22 Fevral 2019    Oxunub : 715
Meşələrdə meyvə bağları salınır
Azərbaycanda 21 min ha meşə ərazisində meyvə bağları salınacaq.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, işlərə 2017-ci ildən başlanılıb və artıq 5 min ha ərazidə aqro bağ salınıb: "2021-ci ilə qədər Azərbaycanın meşə təsərrüfatında geniş ərazilərdə aqro bağların salınması nəzərdə tutulur. Aqro bağlarda qoz, fındıq, şabalıd, nar, tut, şaftal, ərik, sitrus bitkiləri, zeytun, albalı, alma, armud ağaclar əkilir və əkiləcək".

S.Salmanov bundan əlavə sahibkarlar üçün meşə fondunun əkinə yararlı açıq sahələrində meyvə bağlarının salınması üçün torpaqların uzun müddətli icarəyə verilməsi nəzərdə tutulub: "Bu məqsədlə təkliflər paketi hazırlanıb.Təkliflər paketində hər bir regionun bitmə şəraiti, torpağın tərkibi, relyefi, əkin sxemi verilməklə hansı ağac növlərinin əkilməsinin tövsiyyə olunduğu göstərilib. Mütəxəssislər tərəfindən ağaclara qulluq haqqında da məlumatlar veriləcək. Sahibkarlardan sadəcə həmin ərazilərdə meyvə bağların salınması üçün sərmayə qoyulması təklif olunacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Meşə   ETSN