Prezident Xızıda yol tikintisinə pul ayırıb

  22 Fevral 2019    Oxunub : 729
Prezident Xızıda yol tikintisinə pul ayırıb
Prezident İlham Əliyev fevralın 22-də “Xızı rayonunun Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 850 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əlyev   Sərəncam