Azərbaycandan 12 ölkəyə axtarış itləri göndərilib - Birinin qiyməti 15 min avrodur

  22 Fevral 2019    Oxunub : 2476
 Azərbaycandan 12 ölkəyə axtarış itləri göndərilib - Birinin qiyməti 15 min avrodur
"Hazırda Kinoloji Xidmət Mərkəzində 60 baş xidməti axtarış iti mövcuddur. Biz 12 ölkəyə xidməti axtarış itləri göndərmişik. Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər"
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov deyib. Onun sözlərinə görə, bir xidməti itin Avropada satış qiyməti 10-15 min avro arasındadır.



İ.Osmanov, həmçinin qeyd edib ki, itin saxlanma xərci onun cinsindən, çəkisindən və qida rasionundan asılıdır. Belə ki, alman ofçarkasının bir illik saxlanma xərci 1000-2000 manat arasında dəyişir.


(Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov)

Anar Kəlbiyev
Azvision.az

Teqlər: DGK