Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikilməsi barədə tapşırıq verib

  22 Fevral 2019    Oxunub : 3048
 Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikilməsi barədə tapşırıq verib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ucar rayonu, Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi ev tikilməsi barədə tapşırıq verib.
Heydər Əliyev Fondundan Azvision.az -a verilən məlumata görə, Şöhrət Qasımovun Fondun “Regional İnkişaf” İctimai Birliyinə daxil olmuş müraciəti əsasında əraziyə baxış keçirilib və tikinti ilə bağlı layihələndirmə işləri aparılıb.



Ev Heydər Əliyev Fondunun vəsaiti hesabına Şöhrət Qasımova məxsus həyətyanı sahədə inşa olunacaq. Yeni evin tikintisinin yaxın müddətdə yekunlaşması nəzərdə tutulur.



Azvision.az

Teqlər: Mehriban-Əliyeva   Birinci-vitse-prezident