Parisdə Nizami Gəncəvi gecəsi - FOTOLAR

Parisdə Nizami Gəncəvi gecəsi - FOTOLAR
  14 Noyabr 2013    Oxunub:2178
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 13-də Parisdəki Azərbaycan mədəniyyət mərkəzində Nizami Gəncəviyə həsr olunan konsert keçirilib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, konsertin aparıcısı Alen Tremolier Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məluamt verib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bir gün öncə şairin həyat və yaradıcılığı ilə bağlı Parisin Məktublar və Əlyazmalar Muzeyində sərgi təşkil edildiyini xatırladıb, şairin ədəbiyyat, elm və xüsusilə humansit sahədə qoyduğu irsdən danışıb.

E. Əmirbəyov N. Gəncəvinin 870 illiyi ilə əlaqədar Fransada üç tədbirin keçirilməsinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bir neçə gündən sonra Strasburqda da şairlə bağlı mərasim keçiriləcək.

Tədbirdə Fransanın Yon regionu Ali Şurasının sədri Andre Vilye və Senatın Qafqaz üzrə dostluq qrupunun sədr müavini senator Jeanny Lorgoeux Nizami Gəncəvi haqda fikirlərini tədbir iştirakkçıları ilə bölüşüb.

Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Konsertdə solistlərdən Ramil Qasımovun, Gülnaz İsmaylovanın və xanəndə Arzu Əliyevanın ifasında Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin əsərlərinə bəstələdikləri romanslar və mahnılar səslənib. Onları pianoda Elnarə Kəbirlinskaya, tarda Elçin Həşimov və kamançada Elnur Əhmədov müşayət edib. Gənc skripkaçı Osman Eyyublu “ Yeddi gözəl “ baletindən parçalar ifa edib.

Konsertdə Parisin Yll rayonunun meri, senatorlar, deputatlar, tanınmış aktyorlar, dövlət rəsmləri, fransız ictimaiyyətinin nümayəndələri, akkreditə olunan diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri və tələbələr iştirak edib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti