Hərbi Akademiyanın 20 illiyi qeyd olundu - Video

Hərbi Akademiyanın 20 illiyi qeyd olundu -    Video
  21 Fevral 2019    Oxunub:2190
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaranmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Təntənəli mərasimdə çıxış edən akademiyanın rəisi general-leytenant Heydər Piriyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə inkişafı davam etdirilən ordumuzun gücünün və potensialının mühüm göstəricilərindən biri olan zabit kadrlarının müasir tələblərə cavab verən peşə hazırlığından danışıb və son illər bu sahədə əldə edilən uğurları vurğulayıb.

Sonra tədbirdə çıxış edənlər ordu quruculuğu sahəsində atılan uğurlu addımlardan danışaraq ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə akademiya məzunlarının göstərdikləri qəhrəmanlıq və igidlik nümunələrini qeyd ediblər.

Sonda bir qrup hərbi qulluqçu və mülki şəxs qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılıb. Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.




Azvision.az


Teqlər: MN   Hərbi-akademiya  





Xəbər lenti