“Laçın” tankeri suya buraxıldı

“Laçın” tankeri suya buraxıldı
  21 Fevral 2019    Oxunub:4142
Azərbaycanda inşa olunan ilk “Laçın” neftdaşıyan tankeri tikintisinin növbəti mərhələsi üçün suya buraxılb.
AzVision.az xəbər verir ki, yeni nəsil tanker Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodu tərəfindən hazırlanıb. Mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev iştirak edib.

Tankerin gövdə hissəsinin tikintisi 100 faiz tamamlanıb. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə neft tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Gəminin inşası tam bitdikdən sonra dəniz-istismar sınaqlarına başlanacaq. Tankerin iyunda təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, AXDÇ-nin sifarişi ilə BGZ tərəfindən 4 yeni gəmi tikilib. Bunlardan ikisi “Ro-Pak” tipli bərə gəmilərdir. Digər ikisi isə yeni nəsil tankerlərdir.

Aytən Zəhra
AzVision.az



Teqlər: Tanker  





Xəbər lenti