“Problemli kreditlərlə bağlı banklar güzəşt etməlidir” - Siyavuş Novruzov

 “Problemli kreditlərlə bağlı banklar güzəşt etməlidir” -  Siyavuş Novruzov
  21 Fevral 2019    Oxunub:4281
“Problemli kreditlərlə bağlı məsələ hökumətin diqqət mərkəzindədir. Bununla əlaqədar Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına müvafiq tapşırıqlar verilib”
Bu barədə AzVision.az -a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu məsələ araşdırılır və həlli istiqamətində müvafiq addımlar atılır: “Hökumətin kreditlərlə bağlı məsələyə yanaşması iki cürdür. Birincisi, kənd təsərrüfatının inkişaf etdirilməsi, fermer təsərrüfatları, kiçik sahibkarlıq obyektlərini yaratmaq və digər bu qəbildən olan sahələr üçün götürülən kreditlər. İkincisi, bahalı avtomobillərin alınması üçün və digər bu tip götürülən kreditlər. Tutaq ki, kimsə kredit götürüb, kənd təsərrüfatına sərmayə qoyub, amma hava şəraiti imkan verməyib, ona görə də borcu yaranıb. Buna yanaşma fərqli olmalıdır. Amma digəri isə əyləncəyə görə 200 min manatlıq maşın almaq üçün kredit götürüb və qaytara bilməyib. Bu isə yanaşma tam fərqli olmalıdır”.

S.Novruzov hesab edir ki, Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı qərarı banklarla razılaşdırılmalıdır: “Kommersiya bankları uzun illərdir ki, fəaliyyət göstərirlər və kifayət qədər gəlir götürüblər. Ona görə də problemli kreditlərlə bağlı banklar güzəşt etməlidirlər”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Siyavuş-Novruzov   Bank   Kredit   YAP  





Xəbər lenti