IOTA-nın icraçı katibi “ASAN xidmət”də - FOTOLAR

IOTA-nın icraçı katibi “ASAN xidmət”də -    FOTOLAR
  21 Fevral 2019    Oxunub:1888
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) icraçı katibi Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.



Bildirilib ki, bu günədək 27 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa, ”ASAN xidmət”in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü də vurğulanıb.



Eyni zamanda, qonaq “ABAD” publik hüquqi şəxs, ASAN Radio, 108 “Çağrı” mərkəzi və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olub. Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıb.



Azvision.az



Teqlər: ASAN   ABAD  





Xəbər lenti