Qəbələdə vətəndaşlara hüquqi yardım göstəriləcək

Qəbələdə vətəndaşlara hüquqi yardım göstəriləcək
  21 Fevral 2019    Oxunub:1493
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində fevralın 23-də saat 10:00-dan 13:00-dək “BHM və partnyorları” vəkil bürosu tərəfindən Qəbələ rayonundakı Qəbələ Mədəniyyət Mərkəzində ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər respublikanın digər regionlarında da təşkil olunacaq.

Azvision.az



Teqlər:





Xəbər lenti