Milli Şuranın mitinqinə icazə verilmədi - 200 şikayət var

 Milli Şuranın mitinqinə icazə verilmədi -    200 şikayət var
  20 Fevral 2019    Oxunub:10170
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 23 fevralda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

AzVision.az -ın məlumatına görə, meriya qurumun həmin tarixdə mitinq keçirməsini məqsəd uyğun hesab etməyib.
Bildirilib ki, ötən mitinqdən bu günə qədər hüquq mühafizə orqanlarına və Bakı Şəhər İcra Hakimiyyətinə 200-dən artıq şikayət daxil olub. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası qanunun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yarandığından mitinqlə əlaqədar müraciət məqsədə uyğun hesab edilməyib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: BŞİH   Meriya   Mitinq   Milli-Şura  





Xəbər lenti