Parlamentdə gənclərlə görüş keçirilib

Parlamentdə gənclərlə görüş keçirilib
  20 Fevral 2019    Oxunub:1566
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində və Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Könüllülər Parlamenti – Azərbaycan-2019” layihəsinin iştirakçıları ilə görüş keçirilib.
Azvision.az -ın məlumatına görə, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib ki, “ASAN Könüllüləri” Təşkilatı beynəlxalq tədbirlərdə kifayət qədər tanınıb.

Deputat parlamentin fəaliyyəti ilə bağlı gənclərə məlumat verib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb: “Azərbaycanda gənclər üçün lazım olan şərait yaradılır. Gənclik illərimizdə qanunverici orqanın binasının ətrafında gəzmək bizim üçün əlçatmaz idi. Bu gün gənclərə böyük diqqət və qayğı var. “ASAN Könüllüləri” Təşkilatının fəaliyyəti ilə fəxr edirik”.

Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti