Millət vəkili maaş azlığından şikayətləndi

Millət vəkili maaş azlığından şikayətləndi
  13 Noyabr 2013    Oxunub:919
`Elmi müəssisələr günün tələbinə cavab vermir. Elmi işçilərin məvacibi orta aylıq əmək haqqından da aşağıdır`.

Bunu AzVision.az-a açıqlamasında Elm və Təhsil Komitəsinin üzvü Gövhər Baxşəliyeva parlamentdə çıxışı zamanı deyib. Deputatın sözlərinə görə, tezliklə bu sahədə islahatlar aparılmalıdır.

`Nobel mükafatı alan şəxslərin yaşadığı ölkələrdə elmə ayrılan vəsait dövlət büdcəsinin 4 faizini təşkil edir. Belə nəticəyə gəlmək olar ki, biz `Nobel`i çox gec alacağıq. Azərbaycan alimlərinə irad tutmaq yox, onların maddi vəziyyətinin yaxşılaşmasına çalışmaq lazımdır. Bu potensial tükənsə, bizim elmimizi beynəlxalq aləmdə kim təmsil edəcək? Rusiyada elmi dərəcəsi olmayan elmi işçi 1000 dollardan çox əməkhaqqı alır. Bizdə isə alimlərin əməkhaqları çox azdır. Azərbaycan Milli Elmlər Akademiyasına maliyyə ayrılır. Amma bu maliyyə alimlərin sosial təminatı üçün nəzərdə tutulmayıb. Gənc alimlərin maddi vəziyyəti ürəkaçan deyil. Elm adamları xalqın sərvətidir. Biz bu sərvəti itirməməliyik`.-deyə millət vəkili alimlərin maaşının azlığından şikayətlənib.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti