Lənkəranda ağır yol qəzası - Yaralılar var

 Lənkəranda ağır yol qəzası -  Yaralılar var
  19 Fevral 2019    Oxunub:2563
Lənkəran rayonunda yol qəzası baş verib.
Hadisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun rayonun Səpnəkəran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Rahid Nail oğlu Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara rayonunun Siyəkü kənd sakini, 1987-ci il təvəllüdlü Fərid İsmayıl oğlu Nobatovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

R.Mirzəyev reanimasiya, F.Nobatov və "VAZ-2107"nin sərnişini Şiyəkəran kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Məmmədov isə Travmatologiya şöbəsinə yerləşdirilib. (Report)

Azvision.az



Teqlər: Lənkəran   Qəza  





Xəbər lenti