Moskvada Azərbaycan və Çeçenistan nümayəndələri görüşdü - FOTO

 Moskvada Azərbaycan və Çeçenistan nümayəndələri görüşdü -  FOTO
  19 Fevral 2019    Oxunub:11011
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində fevral ayının 14-də “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı hər iki ölkənin ictimai, siyasi və din xadimlərinin görüşü keçirilib.
Azvision.az xəbər verir ki, görüş Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiya Dövlət Dumasının deputatı, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəsmi nümayəndəsi, baş nazirinin müavini və güc strukturlarını kurasiya edən dövlət xüsusi mühafizə xidmətinin rəhbəri Adam Delimxanovun iştirakı ilə baş tutub.



Tərəflər “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı ətraflı müzakirələr aparıb, çeçen və Azərbaycan xalqlarının əlaqələri, dostluq və qardaşlıq münasibətlərindən söz açıblar.

Görüşdə Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov da iştirak edib.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən 70-100 nəfər iştirak insident zamanı ölən və xəsarət alanlar olub.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Moskva   Azərbaycan   Neolit  





Xəbər lenti