Rayonlara qar yağır - Yollarda vəziyyət necədir?

Rayonlara qar yağır -  Yollarda vəziyyət necədir?
  19 Fevral 2019    Oxunub:2148
Hazırda Şamaxı, İsmayıllı, Qobustan, Ağsu aşırımı, Quba, Qusar və Xızı istiqamətində qarın yağması davam edir. Yollarda ciddi problem müşahidə edilmir.

Bu barədə Azvision.az -a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli məlumat verib. Bildirib ki, Dövlət Agentliyinin texnikaları və əməkdaşları ərazilərə cəlb olunub.
"Yarana biləcək problemlərin qarşısının alınması üçün işlər aparılır. Hazırda yollarda ciddi bir problem müşahidə olunmur".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qar   AAYDA  





Xəbər lenti