Əlilliyin müəyyən olunması meyarları dəyişdirilir

 Əlilliyin müəyyən olunması meyarları dəyişdirilir
  18 Fevral 2019    Oxunub:4978
"Əlillik sahəsində həyata keçirilən islahatların əsas məqsədi Azərbaycanda əlilliyin qiymətləndirilməsinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, Avropa İttifaqının, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında əlilliyin müəyyən olunması meyarları dəyişdirilir, yeni meyarlar hazırlanır.

"Bu, hər bir xəstəliyin faiz dərəcəsinə aiddir. Mövcud olan xəstəliyin insanın sağlamlığına təsir dairəsi ölçülür, onun əmək qabiliyyətinə və özünə qulluq qabiliyyətinə təsir faizi müəyyən edilir və təsiretmə faizi əsasında qiymətləndirmə aparılır".

Aytən Zəhra
Azvision.az



Teqlər: Sahil-Babayev   Əlillik  





Xəbər lenti