100-dən çox şirkət “Yaşıl dəhliz”dən istifadə edir

 100-dən çox şirkət “Yaşıl dəhliz”dən istifadə edir
  18 Fevral 2019    Oxunub:1740
Fevralın 1-dən başlayaraq aktivləşən “Yaşıl dəhliz" xidmətindən bu günə qədər 100-dən çox şirkət istifadə edir.
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.

DGK sədri bildirib ki, kölgə iqtisadiyyatına vurulan zərbə nəticəsində büdcəyə 1 milyard 200 milyondan çox vəsait köçürülüb.

"Vergiləri vaxtında ödəyən sahibkarlar artıq “Yaşıl dəhliz” iştirakçısı olub. Müəyyən risklər olmasına baxmayaraq, biz buna getdik. Bu il ixracı tam olaraq, idxal əməliyyatlarının isə 35-40 faizini "Yaşı dəhliz"ə keçirmək hədəfini qoymuşuq. Bunun üçün elektron idarəetmə, risklərin idarəetməsi sistemləri mükəmməl olmalıdır. 9-a yaxın ölkə ilə ticarəti artıq onlayn sistemə qoşmuşuq və bəyamnamələri əvvəlcədən elektron şəkildə görə bilirik. Nəticədə haqsız rəqabətə cəhd edən sahibkarların qarşısı alınır və onlar yolda sənədi saxtalaşdırmaq imkanından məhrum olunub”, - deyə S.Mehdiyev vurğulayıb.

Qeyd edilib ki, “Yaşıl dəhliz” sistemi Vergilər Nazirliyinə də inteqrasiya olunacaq. Qurumlar qanuni işləyən sahibkarlara xüsusi kanallar verməklə ticarətin şəffaflaşdırılmasına nail olmağı düşünürlər.

Aytən Zəhra
Azvision.az



Teqlər: DFK  





Xəbər lenti