“ABAD” mükafata layiq görüldü
Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri “ABAD” etno-butiklərində satışa çıxarılıb.Perspektivdə dəstək istiqamətlərinin sayının çoxalması, ixrac potensialının gücləndirilməsi və ABADçı ailələrinin sayının daha da artması gözlənilir”
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
“ABAD” həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, avadanlıqla təchizedilmə, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, daşınma, logistika və ən əsası satışın təşkili kimi xidmətlər göstərir.
Azərbaycanın işgüzar dairələrində ən nüfuzlu mükafat sayılan “Uğur” Milli Mükafatı 2000-ci ildə, ölkədə iqtisadiyyat, hüquq, özəl sahibkarlığın inkişaf etdirilməsi məsələlərini işıqlandıran aparıcı işgüzar nəşr olan “Consulting&Business” jurnalı tərəfindən təsis edilib. 1996-cı ildən dərc olunan “Consulting&Business” jurnalı Azərbaycanda iqtisadçı, siyasətçi, menecerlər və işgüzar şəxslərin məhşur jurnalına çevrilib. Mükafat fəaliyyət sahəsi üzrə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafında töhfə vermiş qurumlara, təşkilatlara, şirkətlərə, verilir.
Azvision.az
Teqlər: ABAD