Kolumbiyada Azərbaycana dair veriliş hazırlanıb

Kolumbiyada Azərbaycana dair veriliş hazırlanıb
  18 Fevral 2019    Oxunub:1907
Ölkəmizin Kolumbiyada geniş təbliği ilə bağlı Azərbaycanın Boqotadaki səfirliyi tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi davam edir.
Azvision.az xəbər verir ki, bu səbəbdən ölkəmizin mədəniyyəti və tarixi barədə Kolumbiyanın ən çox dinlənilən üç radiosundan biri olan “ColMundo”da Azərbaycana həsr olunmuş 1 saatlıq xüsusi veriliş hazırlanıb. Verilişdə danışan ölkəmizin Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, adət-ənənələri və turizmi barədə ətraflı məlumat verib. O bildirib ki, xalqımızın çoxəsrlik mədəni irsi və milli sərvəti bu gün dünyada tanınır və Azərbaycanın bir sıra tarixi abidələri bu gün YUNESKO tərəfindən qorunmaqdadır. Həmçinin müvəqqəti işlər vəkili tərəfindən vurğulanıb ki, mədəniyyətimizin zənginliyini və qədimliyini nümayiş etdirən musiqi sənəti, milli mətbəxi və Azərbaycan xalçaları (Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan və s.) beynəlxalq sərgi və tədbirlərdə uğurla təmsil olunur.



H.Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar və əldə olunan yüksək iqtisadi göstəricilərin bir qismini sadalayıb. Bununla yanaşı dövlətimizin balanslaşdırılmış daxili və xarici siyasəti, habelə qlobal transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri barədə məlumatları dinləyicilərin diqqətinə çatdırıb.Eyni zamanda müvəqqəti işlər vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın apardığı işğalçılıq, etnik təmizləmə siyasəti və ölkəmizə qarşı davam edən hərbi təcavüzü, tezliklə 27-ci ildönümü olacaq Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Qeyd edilməlidir ki, Kolumbiya əhalisinin 75 faizi kütləvi informasiya vasitələri arasında radioya böyük üstünlük verir və statistikaya əsasən radio kanalları ölkə üzrə gün ərzində 38 milyondan artıq dinləyici toplayır.

Azvision.az


Teqlər: Kolumbiya   Azərbaycan  





Xəbər lenti