Yaxın günlərdə ilk DOST mərkəzi açılacaq

 Yaxın günlərdə ilk DOST mərkəzi açılacaq
  18 Fevral 2019    Oxunub:2464
"Yaxın günlərdə ilk DOST Mərkəzinin açılması planlaşdırılır. Burada 124 xidmətin vahid pəncərədən operativ şəkildə maksimum elektronlaşdırılmış şəkildə həyata keçirilməsi nəzərdə tutulur"
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib. Bildirib ki, Bakı daxil olmaqla regionlar üzrə 31 DOST Mərkəzi yaradılacaq: "Burada sosial xidmət, pensiya təminatı və digər xidmətlər vahid mərkəzdən vətəndaşlıq məmnunluğu istiqamətində aparılacaq".

Nazir qeyd edib ki, “İşsizin DOSTu”proqramı çərçivəsində 26 min insan ictimai işlərə cəlb edilib. Onlarla əməkhaqqı müqaviləsi imzalanıb. Eyni zamanda özünüməşğulluq proqramı üzrə 5800 miktobiznes yaradılıb .

Aytən Zəhra
Azvision.az



Teqlər: ƏƏSMN   Nazir  





Xəbər lenti