Ölkənin ən təhlükəli vulkanı püskürə bilər - VİDEO

  Ölkənin ən təhlükəli vulkanı püskürə bilər -    VİDEO
  18 Fevral 2019    Oxunub:3338
Ölkənin ən təhlükəli vulkanlarından biri olan Bozdağ-Qobu vulkanı bu il ərzində püskürə bilər.
Azvision.az xəbər verir ki, bu barədə Xəzər Xəbər-ə Geologiya və Geofizika institutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev deyib.



O bildirib ki, vulkan püskürərsə yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yaranabilər. Elə buna görədə bəzi sakinlər indidən mənzillərini satışa çıxarıb.

Belə ki, Şamaxıda zəlzələnin baş verməsi Bozdağ-Qobu vulkanının da püskürmə ehtimalını artırıb.

Bozdağ-Qobu vulkanı, ilk dəfə 1827-ci ildə püskürüb. 1974-cü ildə bu vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda 300 min kub metr həcmində vulkan palçığı əraziyə yayılıb.

Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər hər an baş verə biləcək hadisədən qorxduqlarını bildirirlər.

Qeyd edək ki,Bozdağ-Qobu vulkanı ən təhlükəli vulkanlardan biri hesab olunur.

Azvision.az


Teqlər: Vulkan   Bozdağ  





Xəbər lenti