Nazir Türkiyə şirkətlərinin hərbi məhsulları ilə tanış olub

Nazir Türkiyə şirkətlərinin hərbi məhsulları ilə tanış olub
  17 Fevral 2019    Oxunub:2415
Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən Türkiyə Respublikasının Makina və Kimya Sənayesi Qurumu, ROKETSAN, ASELSAN və Otokar şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.
Azvision.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Z.Həsənov şirkətlərin rəhbərləri ilə görüşərək iki ölkə arasında hərbi texniki sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Müdafiə naziri hərbi sahədə birgə layihələrin hər iki ölkənin ordularının güclənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.









Azvision.az



Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi  





Xəbər lenti