Münxendə Azərbaycan-ABŞ əlaqələri müzakirə edildi

   Münxendə Azərbaycan-ABŞ əlaqələri müzakirə edildi
  17 Fevral 2019    Oxunub:2337
Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının baş direktoru Fiona Hill ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tərəflər Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparıblar.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əmin-amanlığı təmin edəcəyi vurğulanıb.

Görüş zamanı tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   ABŞ  





Xəbər lenti