“Seyid” ləqəbli narkotacir saxlanılıb - FOTO

  16 Fevral 2019    Oxunub : 2256
 “Seyid” ləqəbli narkotacir saxlanılıb - FOTO
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Seyidbəyov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 10,145 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “Seyid” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığı bildirib.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamət şöbə əməkdaşlarınını həyata keçirdikləri növbəti əməliyyat nəticəsində “Seyid” adlı şəxs qısa zamanda müəyyən edilib. Həyata keçirilən əməliyyat nəricəsində narkotik maddələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Masallı rayon sakini Mirağa Salayev tutularaq istintaqa təqdim edilib. Onun üzəində şəxsi axtarış aparılan zaman iki büküm, ümumi çəkisi 1kiloqram 50 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Azvision.az

Teqlər: DİN   Narkotacir