Bundestaqın üzvü münaqişə barədə məlumatlandırılıb

Bundestaqın üzvü münaqişə barədə məlumatlandırılıb
  16 Fevral 2019    Oxunub:1464
Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Bundestaqın xarici siyasət məsələləri üzrə komissiyanın üzvü və CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) parlament qrupunun sədr müavini Yohan Vadeful ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tərəflər Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və infrastruktur layihələri müzakirə edilib. Bölgədə dayanıqlı inkişafın və rifahın təmin olunması baxımından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin önəmi vurğulanıb. Elmar Məmmədyarov münaqişənin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə Bundestaqın üzvünə məlumat verib.

Tərəflər, həmçinin regional, qlobal təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Azvision.az



Teqlər: XİN   Almaniya  





Xəbər lenti