"ASAN-xidmət"lə komitə arasında memorandum imzalandı

"ASAN-xidmət"lə komitə arasında memorandum imzalandı
  15 Fevral 2019    Oxunub:1734
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıblar.

Memorandum çərçivəsində “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda səyyar formada, habelə xaricdə yaşayan azərbaycanlılara müvafiq dövlət xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdə tutulur.



Həmçinin, əməkdaşlıq istiqamətlərinə xaricdə yaşayan azərbaycanlıların hüquq və qanuni mənafelərinin daha etibarlı müdafiəsi, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yönəlmiş hüquqi maarifləndirmə və təbliğat işlərinin aparılması məqsədilə ASAN Radionun və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətinin əlaqələndirilməsi daxildir.

Azvision.az


Teqlər: ASAN-xidmət   Diaspora  





Xəbər lenti