Ötən il Azərbaycandan Türkiyəyə 850 mindən çox turist gedib

  Ötən il Azərbaycandan Türkiyəyə 850 mindən çox turist gedib
  15 Fevral 2019    Oxunub:1531
2018-ci ildə Türkiyəyə 858,5 min Azərbaycan turisti səfər edib ki, bu da 2017-ci illə müqayisədə 12,15 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, ötən il ərzində Türkiyəyə səfər edən turistlərin 2,17 faizini azərbaycanlılar təşkil edib.

Nazirlikdən bildiriblər ki, 2018-ci ilin dekabrında Türkiyəyə 55,6 min Azərbaycan turisti səfər edib (6,38 faiz artım).

Dekabrda Türkiyəyə səfər etmiş turistlər arasında azərbaycanlıların payı 2,85 faizə bərabər olub.

Ümumilikdə 2018-ci ildə Türkiyəyə 46,1 milyon turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur. Ölkənin turizmdən gəliri 29,512 milyard dollara bərabər olub.

Azvision.az



Teqlər: Turist   Türkiyə  





Xəbər lenti