RESTART layihəsinin tərəfdaşları görüşdü - FOTOLAR

RESTART layihəsinin tərəfdaşları görüşdü -    FOTOLAR
  14 Fevral 2019    Oxunub:2314
Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Reinteqrasiya üzrə İşçi Qrupunun 5-ci iclası çərçivəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə birgə həyata keçirilən “Geri qayıdan Azərbaycan Respublikası vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” layihəsinin tərəfdaşlarının ilk görüşü keçirilib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, tədbirdə işçi qrupda təmsil olunan dövlət qurumlarının nümayəndələri, Almaniya, Niderlanda və Polşa səfirliklərinin rəsmiləri, Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyi, Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin baş məsləhətçiləri, ATBİ (Aviasiya Təhlükəsizliyi baş idarəsi), BMqT (BMT-nin Qaçqınlar üzrə Ali komisarlığı), MOBİLAZE layihəsinin nümayəndələri iştirak ediblər.



Qonağları səmimi salamlayan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bu görüşün mühüm əhəmiyyət daşıdığını, xarici ölkələrdən geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə reinteqrasiyalarının dəstəklənməsi və problemlərinin həlli məqsədilə aparılan işlərin effektivliyinin daha da artırılması, Azərbaycan dövlətinin götürdüyü öhdəliyin yerinə yetirilməsində dayanıqlı geri qayıdışın təmin olunmasının vacibliyini vurğulayıb. Həmçinin ölkəyə readmissiya edilmiş şəxslərlə bağlı Dövlət Miqrasiya Xidməti və aidiyyəti dövlət qurumları tərəfindən görülümüş işləri diqqətə çatdırıb.



Daha sonra tədbirdə reinteqrasiya yardımı üzrə ilkin mərhələ olaraq təlimatların hazırlanması qərara alınıb, tədbir iştirakçılarının təqdimatları dinlənilib, layihənin uğurla həyata keçirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub. Xatırladaq ki, “RESTART” layihəsinin məqsədi Azərbaycan vətəndaşlarının Aİ Üzv Dövlətlərindən davamlı qayıdışını və reinteqrasiyasını asanlaşdırmaq üçün Azərbaycandakı dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının reinteqrasiya sahəsində potensiallarını gücləndirməkdən ibarətdir.



Azərbaycan Respublikasının Aİ, Norveç Krallığı, İsveçrə Konfederasiyası və Monteneqro ilə imzalanmış 4 readmissiya sazişi mövcuddur. Bununla yanaşı, hazırda Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Ukrayna, Pakistan və Serbiya kimi dövlətlərlə də readmissiya üzrə saziş layihələrinin imzalanması istiqamətində müvafiq işlər görülür.

Azvision.az


Teqlər: DMX  





Xəbər lenti