ABŞ dövlət katibi: “Putin ittifaqımızı pozmağa çalışır”

      ABŞ dövlət katibi:    “Putin ittifaqımızı pozmağa çalışır”
  13 Fevral 2019    Oxunub:1337
Rusiya NATO üzvləri arasında müttəfiqlik münasibətlərini pozmaq yolu ilə alyansı zəiflətməyə çalışır. Azvision.az xəbər verir ki, 13-14 fevralda keçiriləcək Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələləri üzrə nazirlərin beynəlxalq konfransında iştirak etmək üçün Polşaya gələn ABŞ dövlət katibi Mayk Pompeo Bemovadakı amerikalı hərbçilərlə görüşündə belə deyib.
“Zaman dəyişib. Bir vaxtlar biz sovet təcavüzündən qorxurduq. Bu gün bizim komandirlərimiz yenə də diqqətlərini Rusiya tərəfindən mümkün aqressiyaya cəmləşdiriblər. Vladimir Putin bizim (NATO müttəfiqlərinin) ittifaqımızı pozmağı planlaşdırır. Buna görə də, biz NATO-nun şərq cinahında hərbi iştirakımızı gücləndirmişik” – Pompeo vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Polşa   Rusiya   ABŞ   NATO  





Xəbər lenti