Baş prokuror Salyanda vətəndaşları qəbul edəcək

  13 Fevral 2019    Oxunub : 885
Baş prokuror Salyanda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il fevralın 22-də saat 10:00-da Salyan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Salyan rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Azvision.az

Teqlər: Zakir-Qaralov   Qəbul