Bakıda 74 yol kəsişməsində sarı tor çəkilir

  12 Fevral 2019    Oxunub : 1449
 Bakıda 74 yol kəsişməsində sarı tor çəkilir
Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın günlərdə paytaxtdakı 74 yol kəsişməsində sarı torların yaradılması ilə bağlı layihənin icrasına başlayacaq.

Azvision.az xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
BNA rəsmisi bildirib ki, layihə çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərini əhatə edən 74 yol kəsişmədə yol hərəkətinin təşkili ilə bağlı nəqliyyat şəraiti yaxşılaşdılacaq:

“Yol hərəkətinin təşkili, nişanlanma ilə bağlı çatışmazlıqlar aradan qaldırılacaq. Eyni zamanda 74 kəsişmənin hər birində sarı kəsişmə toru nişanlanması tətbiq ediləcək. Bunun sayəsində Bakının mərkəzi küçə və prospektlərində nəqliyyat şəraitinin daha da yaxşılaşdırılmasına nail olunacaq, günün pik saatlarında sıxlıqların yaranmasının qarşısı alınacaq”.

Azvision.az

Teqlər: BNA