Bakı MDB-nin ən romantik şəhərləri sırasında

  12 Fevral 2019    Oxunub : 1128
 Bakı MDB-nin ən romantik şəhərləri sırasında
Paytaxt Bakı MDB ölkələrinin ən romantik şəhərləri arasında ilk beşlikdə yer alıb.
Azvision.az xəbər verir ki, “TurStat” agentliyi romantik şəhərlərlə bağlı turistlər arasında onlayn sorğu keçirib.

Sorğunun nəticələrinə əsasən, romantik səhərlərin reytinq siyahısına ilk beşliyə Bakı ilə yanaşı, Tbilisi, Astana, Minsk və Kişinyov da daxil olub. Səs faizlərinə görə Tbilisi 33, Astana, Bakı və Minskin hər biri 14, Kişinyov isə 10 faiz səs toplayıb.

Azvision.az

Teqlər: MDB   Turizm   Bakı