Axtarışda olan şəxs təcridxananın qarşısında tutuldu

Axtarışda olan şəxs təcridxananın qarşısında tutuldu
  12 Fevral 2019    Oxunub:1861
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Penitensiar xidmətdən Azvision.az -a verilən məlumata görə, xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində axtarış elan edilmiş Beyləqan rayon sakini Feyzullayev Elgün Nazimhikmət oğlu Bakı İstintaq təcridxanasının qarşısında saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd bıçaq aşkar edilib.

E.N.Feyzullayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Azvision.az



Teqlər:





Xəbər lenti