Sumqayıt qatarındakı problemin səbəbi araşdırılır

Sumqayıt qatarındakı problemin səbəbi araşdırılır
  11 Fevral 2019    Oxunub:1713
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt-Bakı marşrutu üzrə saat 08:00-da yola düşməli olan elektrik qatarında yaranan problemlə bağlı məlumat yayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Azvision.az -a bildirib ki, qatar texniki nasazlıq səbəbindən yola düşməyib. Hazırda problemin səbəbləri araşdırılır.

"Marştut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb" ,- deyə S.Qədirova vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qatar   Sumqayıt   Bakı  





Xəbər lenti