Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - VİDEO

 Hərbi hissələrdə andiçmə mərasimi keçirilib -    VİDEO
  10 Fevral 2019    Oxunub:3689
Fevralın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bütün qoşun növlərində, hərbi birliklərdə, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.



Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Andiçmə   Əsgər  





Xəbər lenti