Mikroavtobus “KamAZ”la toqquşub - 4 yaşlı uşaq ölüb

  10 Fevral 2019    Oxunub : 1214
 Mikroavtobus “KamAZ”la toqquşub - 4 yaşlı uşaq ölüb
Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az “Report”a istinadən xəbər verir ki, hadisə Aşıqalılar kəndində qeydə alınıb.

“Ford” markalı mikroavtobus yol kənarında dayanan “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan 4 yaşlı oğlan uşağı ölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az

Teqlər: Qəza