`Gənclərimiz lazımsız universitetlərin diplomlarını alırlar`

`Gənclərimiz lazımsız universitetlərin diplomlarını alırlar`
  12 Noyabr 2013    Oxunub:994
Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev Milli Məclisdə çıxışı zamanı büdcədən ipoteka kreditlərinə ayrılan vəsaitin azlığından danışıb.
Deputat bildirib ki, ipoteka kreditləri üçün ayrılan 40 milyon manat çox azdır və məbləğ artırılmalıdır.

Ə.Vəliyev tələbələr üçün təhsil kreditinin ayrılmasını təklif edib:

“Təhsillə bağlı adambaşına maliyyələşmə tətbiq olunur. Hesab edirəm ki, təhsil alanların çoxu ödənişli təhsil aldıqları üçün təhsil krediti yaradılsa əla olar.

Orta məktəbi bitirənlərin 20-25 faizi ali məktəbə daxil olur. 75-80 faizi isə təhsildən kənarda qalır. Bununla bağlı 16-18 yaşlı gənclərin təhsillə əhatə olunmaması dövlətimiz üçün problemə çevrilə bilər. Yüz minlərlə Azərbaycan gənci məşğuliyyətsiz qalır. Bir qismi xarici ölkələrdə təhsil alır. Amma bunlar lazımsız universitetlərin diplomlarını alırlar. Mən dşüünürəm ki, gənclər üçün kredit ayrılmaldır. Azərbaycanda ali təhsil müəssisələrinin maddi -texniki bazası və kadrları lazımi səviyyədədir, buna görə universitetlərin qapıları həmin gənclərə açılmaldır. Biz 16-18 yaşlı gənclərin fəaliyyətini məhdudlaşdırsaq , onları itirmiş olarıq”.

Qazax rayonundan seçilən millət vəkili həmin rayonun bəzi problemlərini hökumət üzvlərinə çatdırıb: “Bilirsiniz ki, bir neçə kənd ermənilər tərəfindən işğal olunub. Qızılhacılı kəndi var ki, onun ancaq özü işğal olunub, sahəsi qalıb. Kənd sakinləri məndən xahiş edib ki, həmin kəndin sahəsi yenidən təhlükəsizlik tədbirləri görülərək onlara qaytarılsın”.

Əhməd Vəliyev Qazax rayonunda yerləşən hərbi hissənin yerinin dəyişməsini də təklif edib. O, bildirib ki, həmin hərbi hissə rayonun mərkəzindədir və rayonun ətraf zonasına köçürülsə yaxşı olar.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti