"QAZ" avtomobil zavoduna 8 milyon dollardan çox sərmayə qoyulacaq

 "QAZ" avtomobil zavoduna 8 milyon dollardan çox sərmayə qoyulacaq
  09 Fevral 2019    Oxunub:3116
"QAZ" avtomobil zavoduna 8 milyon dollardan çox sərmayə qoyulacaq və bu zavod Rusiya texnologiyalarına əsaslanacaq.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabulda "QAZ" avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, zavod növbəti ilin sonlarında təhvil veriləcək:

"Zavodda bir il ərzində müxtəlif modeldə 1000 ədəd avtomobil istehsal ediləcək. İstehsal olunmuş avtomobillərin yarısı Azərbaycan bazarında, qalan hissəsi isə üçüncü ölkə olaraq, başqa yerlərdə satılacaq. Zavod sənaye sərmayə sahəsində çox gözəl nümunədir. Bu, Rusiya və Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsini sübut edən faktordur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Şahin-Mustafayev  





Xəbər lenti