Hacıqabulda bu avtomobillər istehsal ediləcək - FOTOLAR

   Hacıqabulda bu avtomobillər istehsal ediləcək -    FOTOLAR
  09 Fevral 2019    Oxunub:12016
Xəbər verdiyimiz kimi, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Azvision.az -ın məlumatına görə, zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Sənayə məhəlləsində zavodun tikintisi 2020-ci ilin ortasında başa çatacaq. Dəyəri 14 milyon manat olan zavodun illik istehalı 1000 avtomobil təşkil edəcək.

İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq. Zavodda "Qazel", Qazel Biznes", "Qazel Next", eləcə də xüsusi texnika maşın modelləri istehsal olunacaq.

























Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Hacıqabul   Avtomobil  





Xəbər lenti