Millət vəkili: “Kommunal xərclərə baxanda maaş çox azdır”

Millət vəkili: “Kommunal xərclərə baxanda maaş çox azdır”
  12 Noyabr 2013    Oxunub:1146
“Hökumətin 5-10 fazilik maaş, pensiya artımı əhalinin rifah halını yaxşılaşdırmaq prinsipini yox edəcək”.
AzVision.az xəbər verir ki, bu sözləri Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, büdcə gəlirlərinin 4 mənbə üzrə azalması təxminən 2,2 milyard manat azalması gözlənilir:

“Burada narahat doğuran məsələ həmin azalmalar nə hesabına qapadılacaq? Həmin mənbələrin sahibkarların deyil, vətəndaşlarının xərclərinin artması hesabına konpensasiya olununacağı ilə bağlı ciddi narazılıqlar var. Gələn ilki artımların yarısından çoxu dövriyyə vergilərin artması hesabına baş verəcək. Hökumətin bu suala cavab verməsi lazımdır ki, dövriyyə vergiləri nəyin hesabına artacaq, qiymətlərin artması və ya xidmətlərin həcminin genişlənməsi hesabına? Əgər qiymətlərin artması hesabına olacaqsa, o zaman hökumət neft gəlirlərinin azalmasını inflayasiya hesabına konpensasiya etmək istəyir. Belə olanda hökümətin 5-10 fazilik maaş, pensiya artımı əhalinin rifah halını yaxşılaşdırmaq prinsipini yox edəcək”.

F.Mustafa qeyd edib ki, 2014-ci il büdcəsində büdcə təşkilatlarıən kommunikasiya xərclərində artım qeyd edilib:
“Bu artım nədir, burada hansı təşkilatlardan söhbət gedir? Yoxsa hökümət gələn il kommunal xidmətlərin qiymətlərini artırmağa hazırlaşır? Ölkədə kommunal xidmətlərin, xüsusilə enerjinin qiyməti ucuz deyil. Neft hasil edən ölkələrlə müqayisədə baxsaq görərik ki, bizdə neftin qiyməti onların bir çoxundan bahadır. Kommunal xərcləırin artımı ilə yanaşı, maaş və pensiyaların artımı çox azdır. Dövlət qulluqçusu aldığı maaş çox azdır, o nəyin hesabın yaşasın?. Minimum əmək haqqı alan dövlət qulluqçusu 10 manat rüşvət alanda cinayət işi açılır, həbs edilir. Amma onun maaşına baxan yoxdur. Onların maaşları sonuncu dəfə 2008-ci ildə qaldırılıb. Ondan sonra heç bir artım olmayıb. Bu məsələlərə diqqət ayrılmalıdır”-deyə, Fazil Mustafa əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti